kriminal.az

Türkiyənin "Beşiktaş" klubu "Latsio"nun ulduz futbolçusu Luka Pelleqrini üçün təklif göndərib.

Kriminal.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunsa da keçid mövsümün sonunda baş tutacaq.

Belə ki, "qara qartallar" mövsüm sonunda Luka Pelleqrini üçün "Latsio"ya 20 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, hazırda "Yuventus"da icarə əsasında çıxış edən futbolçu bu mövsüm çıxdığı 21 matçda cəmi üç məhsuldar ötürmə ilə yadda qalıb.

Top
0.046311140060425