kriminal.az
Kubada timsahlar sərxoş kişini parçaladılar

Kubada yırtıcı heyvanların olduğu volyerə (heyvan saxlamaq üçün qəfəs, evcik və heyvanların gəzişməsi üçün topla hasarlanmış meydança) hoppanan kişini timsahlar parçalayıblar.

Kriminal.Az "CubaHeadlines"a istinadla xəbər verir ki, insident Matansas əyalətindəki Boka-de-Quama turizm mərkəzində yerləşən timsah fermasında baş verib.

Bildirilib ki, Pablo adlı kişi hadisə əsnasında sərxoş olub. O, alt paltarına qədər soyunaraq volyerə tullanıb, orada timsahların hücumuna məruz qalıb.

Fermanın açıldığı 1959-cu ildən bəri belə bir hadisənin baş vermədiyi deyilir. Pablonun qohumları onun volyerə öz iradəsi ilə adladığını və ya təsadüfən sürüşdüyünü əminliklə deyə bilməyəcəklərini vurğulayıblar.

Fakt üzrə araşdırma aparılır.

Top
0.048746109008789