Türkiyənin "Baykar" texnologiya şirkəti İndoneziyaya 60 ədəd "Bayraktar TB3" və "Bayraktar Akıncı" pilotsuz zərbə dronları satıb.
Kriminal.Az xəbər verir ki, "Haber Global"da İndoneziya və Türkiyə şirkəti arasında baş tutan silah satışı ilə bağlı süjet yayımlanıb.
Süjetdə xatırladılıb ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İndoneziyaya səfəri zamanı iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənəd də imzalanıb.
"Haber Global": İndoneziya Türkiyə dronları ilə silahlanır
![](https://img.youtube.com/vi/RXM5fIErN08/sddefault.jpg)