kriminal.az
Trampın xarici siyasəti ilə razılaşmayan diplomatlar işdən çıxarılacaqlar

ABŞ-də diplomatlar Ağ Evin xarici siyasəti ilə razılaşmadıqları təqdirdə işdən çıxarıla bilərlər.

Kriminal.Az-ın "İnterfaks"a istinadla verdiyi məlumata görə, ölkə Prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb.

"Prezidentin siyasətini vicdanla həyata keçirməmək peşəkar intizam tədbirləri, o cümlədən işdən azad edilmə üçün əsas hesab olunur", - deyə sənəddə qeyd edilib.

ABŞ Dövlət katibi Marko Rubioya isə diplomatlar və diplomatik idarənin digər işçilərinə qarşı lazım gəldikdə sərt tədbirlər görmək tapşırılıb.

Bundan əlavə, Tramp diplomatik xidmət əməkdaşlarının prezidentin xarici siyasət kursuna tam sadiq qalmalarını təmin etmək üçün işə qəbul qaydalarını və intizam təlimatlarını yenidən yazmağı əmr edib.

Top
0.060001850128174