"Ukraynada müharibəni bitirmək üçün yaxşı imkan var".
Kriminal.Az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasındakı paylaşımında bildirib.
O əlavə edib ki, müharibəni yekunlaşdırmaq istiqamətində Rusiya və Ukrayna ilə uğurlu danışıqlar aparıb.
Qeyd edək ki, fevralın 12-də D.Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.