kriminal.az
ABŞ-nin təyyarədaşıyan gəmisi Misir sahillərində qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi "Harry Truman" Misir sahillərində ticarət gəmisi ilə toqquşub.

Kriminal.Az xəbər verir ki, bu barədə "Breaking Defence" portalı ABŞ-nin 6-cı donanmasının nümayəndəsinə istinadən məlumat yayıb.

Toqquşma təyyarədaşıyan gəmi üçün təhlükə yaratmayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Top
0.049710988998413