kriminal.az
İlon Maskın şirkəti Dubayda yeraltı tunellər şəbəkəsi quracaq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) süni intellekt məsələləri naziri Ömər bin Sultan əl-Ulama "Dubai Loop" geniş yeraltı tunellər şəbəkəsi layihəsini elan edib və bu tunellər İlon Maska məxsus "Boring Company" tərəfindən tikiləcək.

Kriminal.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə nazir Dubayda keçirilən Ümumdünya Hökumət Sammitində çıxışı zamanı məlumat verib.

"Biz "Dubai Loop" birgə layihəsini həyata keçirmək niyyətindəyik və bu, şəhərin ən sıx məskunlaşmış rayonlarını əhatə edəcək ki, insanlar bir nöqtədən digərinə gedib çata bilsinlər", - deyə Ömər bin Sultan əl-Ulama bildirib.

İlon Maskın sözlərinə görə, Dubayda tunellər şəbəkəsi "soxulcan dəliyi"nə bənzəyəcək.

"Siz sadəcə olaraq şəhərin bir yerindən girirsiz və tuneldən keçməklə özünüzü başqa yerdə tapırsınız", - deyə Mask sammitin plenar sessiyasında layihənin təqdimatı zamanı qeyd edib.

İ.Mask 2016-cı ildə "Boring Company"ni təsis edib. Şirkət ABŞ-nin böyük şəhərlərində nəqliyyat problemlərini həll etmək üçün tunellərin işlənib hazırlanmasını və tikintisini həyata keçirir. Dubay ABŞ-dən kənarda ilk şəhərdir ki, şirkət yeraltı tunellər şəbəkəsi qurmağı planlaşdırır.

Top
0.048847913742065