kriminal.az
Qəzzada azad edilən girovlar Qızıl Xaç işçilərinə təhvil verildilər

Qəzza zolağında fələstinli radikallar tərəfindən girov götürülənlər, o cümlədən Rusiya vətəndaşı Aleksandr Trufanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil veriliblər.

Bu barədə Kriminal.Az TASS-a istinadən xəbər verir.

Nümayiş olunan kadrlarda həkimlərin və radikalların nümayəndələrinin girovların təhvil verilməsi ilə bağlı sənədləri imzaladıqları əks olunub.

Qəzzada 500 günlük əsirlikdən sonra azad edilən rusiyalı Trufanov və daha iki israilli girov hərbçilərin müşayiəti ilə İsrail ərazisinə daxil olub.

Top
0.049247026443481