Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun iki ildən dörd ilə qədər azadlıqdan məhrum edilməsi və siyasətlə məşğul olmasının qadağan edilməsi istənilir.
Kriminal.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun hazırladığı ittiham aktında deyilir.
Prokurorluq E.İmamoğlunu "dövlət qulluqçusunu təhqir etməkdə" ittiham edərək onun cəzalandırılmasını tələb edir.
İttiham aktı artıq məhkəməyə təqdim olunub.
Xatırladaq ki, E.İmamoğlu daha əvvəl televiziya proqramında iştirak edərkən İstanbul baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə, "hədə" və "terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə" ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.