Rusiya və ABŞ Səudiyyə Ərəbistanında keçirilən görüşdə iqtisadiyyat, energetika və kosmos sahələrində əməkdaşlığın bərpası yollarını müzakirə etmək üçün dialoq qurmaq qərarına gəliblər.
Kriminal.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Xatırladaq ki, 18 fevralda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Görüş bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, həmçinin Ukrayna münaqişəsinin həlli və Putin-Tramp görüşünün təşkili ilə bağlı mümkün hazırlığına həsr olunub.