Rusiyanın Vladimir şəhərində 27 yaşlı gənc 18-ci mərtəbədən yıxıldıqdan sonra sağ qalıb.
Kriminal.Az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə Vladimir şəhərinin axtarış-xilasetmə dəstəsinin mətbuat xidməti məlumat yayıb.
O, həyətdə dayanmış avtomobilin üzərinə düşüb. Zərbənin təsirindən maşının şüşəsi sınıb və zərərçəkən avtomobilin içinə düşüb.
"Belə bir "uçuş"dan sonra sağ qalmaq sadəcə bir möcüzədir", - xilasedicilər hadisəni şərh ediblər.
Onlar tez bir zamanda kişini zədələnmiş avtomobildən çıxararaq tibb işçilərinə təhvil veriblər. O, hazırda xəstəxanadadır.