kriminal.az
İŞİD yeni veb-sayt yaradıb

İŞİD terror qruplaşması alman dilində yeni veb-sayt yaradıb.

Kriminal.Az "Bild" qəzetinə istinadla xəbər verir ki, İŞİD sözügedən saytda Almaniya, Avstriya və Belçikanın bir neçə şəhərində terror aktları törətməyə çağırış edib.

Potensial hədəflər arasında Berlin, Münhen, Frankfurt-Mayn, Vyana, Brüssel, Antverpen, Zalsburq göstərilir.

Almaniya, Avstriya və Belçikanın təhlükəsizlik orqanları qruplaşmanın təbliğatçılıq materiallarını ciddi qəbul edirlər. Belə ki, İŞİD-in çağırışları hal-hazırda radikallar arasında çox sürətlə yayılır.

Top
0.049452781677246