Çinli virusoloqlar yarasalarda yeni koronavirus aşkarlayıblar.
Kriminal.Az "South China Morning Post" qəzetinə istinadla xəbər verir ki, yeni virus insanları COVID-19-da olduğu kimi eyni yolla yoluxdura bilər.
Bu, HKU5-CoV-2 koronavirusudur. Virus Quançjou laboratoriyasında aparılmış araşdırmada aşkarlanıb.
Bununla belə, virusoloqlar təşviş üçün heç bir əsas görmürlər. Çünki insanlar arasında HKU5-CoV-2-nin yayılma riski çox da yüksək deyil.