"HƏMAS hərəkatının nümayəndələri israilli girov Şiri Babasın cəsədinin əvəzinə Qəzzanın naməlum sakininin meyitini təhvil veriblər".
Kriminal.Az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O bunu razılaşmanın insafsız və alçaq şəkildə pozulması kimi qiymətləndirib. Baş nazir HƏMAS-ın bu addımına görə, böyük əvəz ödəyəcəyini vurğulayıb.
Xatırladaq ki, HƏMAS fevralın 20-də dörd israilli girovun meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Onların arasında Ş.Babasın da olduğu deyilirdi.