Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə Ukraynanın faydalı qazıntılarının istismarı ilə bağlı müqavilə imzalayacaq və bu, yaxın gələcəkdə baş verəcək.
Kriminal.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında bildirib.
"Baxın, nəticə ondan ibarətdir ki, Prezident Zelenski bu sazişi imzalayacaq və siz bunu yaxın gələcəkdə görəcəksiniz və bu, Ukrayna üçün yaxşıdır", - deyə ABŞ liderinin müşaviri vurğulayıb.