kriminal.az
Fitso ilə Mask USAID-in bağlanmasını müzakirə ediblər

Slovakiyanın Baş naziri Robert Fitso məlumat verib ki, ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri (DOGE) İlon Mask ilə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması məsələsini müzakirə edib.

Kriminal.Az xəbər verir ki, R.Fitso bunu mühafizəkarların forumunda iştirak etmək üçün getdiyi ABŞ-də "Facebook" üzərindən yaydığı videomüraciətdə deyib.

"USAID Slovakiyada da QHT və KİV-ə böyük maliyyə vəsaiti ayırıb. Hökumət əleyhinə olan müxtəlif təşkilatlar və KİV bu vəsait hesabına hökumətə qarşı fəaliyyət yürüdüb. Mask bizi əmin etdi ki, bu dövr başa çatıb. Çünki ABŞ-nin yeni administrasiyası Amerika pulları vasitəsilə digər ölkələrin daxili işlərinə müdaxilə edilməsində maraqlı deyil" , - deyə o bildirib.

Top
0.062872886657715