Qəzzada 300-dən çox uşaq yeni dərs ilinə başlayıb.
Kriminal.Az bu barədə "Al Jazeera" telekanalına istinadən xəbər yayıb.
Belə ki, son 15 ayda ilk dəfə olaraq Fələstin anklavında ümumtəhsil məktəbi açılıb.
Qeyd olunur ki, 2023-cü ilin oktyabrından başlayan Fələstin-İsrail qarşıdurması nəticəsində anklavdakı məktəblərin əksəriyyəti dağılıb, şagirdlər evlərini tərk edərək ailələri ilə qaçqın düşüblər.