kriminal.az
Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ

Fransanın Marsel şəhərindəki Rusiya Baş Konsulluğunun yaxınlığında partlayış baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Kriminal.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat paylaşıb.

İnsident yerli vaxtla saat 8:00 radələrində (Bakı vaxtı ilə saat 11:00-da) baş verib. Hadisə yerinə yanğın-xilasetmə xidmətinin 30-a yaxın əməkdaşı cəlb edilib.

"Valeurs Actuelles" jurnalının müxbiri ehtimal edir ki, naməlum şəxslər konsulluğun ərazisindəki bağçaya yandırıcı qarışıqlı iki qab atıblar. Hadisə yerinin yaxınlığında oğurlanmış avtomobil tapılıb.

İlkin məlumata görə, hələlik söhbət yalnız maddi ziyandan gedir.

Top
0.059998035430908