kriminal.az
"Barselona" "bombanı partlatdı"

"Barselona" rəhbərliyi Niko Uilyamsla şəxsi məsələlərdə razılığa gəlib.

Kriminal.az Offsideplus.az-a istinadən xəbər verir ki, onunla 6 illik müqavilə imzalanacaq. İspaniyalı futbolçu illik 7-8 milyon avro məvacib qazanacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Katalon klubu hazırda Bilbao "Atletik"i ilə transferi bitirmək üçün danışıqlar aparır.

Niko ən qısa zamanda "Barselona"ya qoşulacaq. O, Xoan Qarsiyadan sonra "blauqrana"nın bu yayki 2-ci transferi olacaq.

Top
0.059289932250977