Avropa İttifaqı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra enerji və nəqliyyat sahələrində bu ölkəyə qarşı sanksiyaları dayandırıb.
Bu barədə Kriminal.Az Aİ Şurasının bəyanatına istinadla xəbər verir.
Bəyanatda bildirilir:
"Şura bu gün Suriyadakı vəziyyətlə əlaqədar bir sıra məhdudlaşdırıcı tədbirləri dayandırmaq qərarına gəlib.
Bu qərar Aİ-nin Suriyada inklüziv siyasi keçidə və onun iqtisadi cəhətdən tezliklə dirçəlməsinə, yenidən qurulmasına və sabitləşməsinə dəstək üzrə səylərinin bir hissəsidir".