ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu Ağ Evin önündə qarşılamayıb.
Kriminal.Az-ın məlumatına görə, bu barədə xarici KİV məlumat yayıb.
Sosial şəbəkələrdə yayımlanmış kadrlara əsasən, ABŞ bayraqları olan qara "Chevrolet" Ağ Evə yaxınlaşıb və bir neçə dəfə siqnal verib, lakin Tramp Makronu qarşılamaq üçün iqamətgahdan çıxmayıb.
Bundan sonra maşından çıxan Makron jurnalistlərə salam verərək təkbaşına binaya daxil olub.
Qeyd olunur ki, Trampın bu hərəkəti Fransanın Vaşinqton üçün əhəmiyyətini aydın şəkildə göstərərək Makronu alçatmaq anlamı daşıyır.