kriminal.az
Cənubi Koreya Rusiyaya qarşı sanksiyanı ləğv etdi

Cənubi Koreya Rusiyaya tibbi avadanlıq tədarükünə qoyulmuş sanksiya məhdudiyyətlərini ləğv etmək qərarına gəlib.

Kriminal.Az "Rambler"ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Sənaye, Ticarət və Enerji Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, bu avadanlığın ixracına qoyulmuş anti-Rusiya məhdudiyyətləri 28 fevraldan etibarən ləğv ediləcək. Bu qərar ixracatçı şirkətlərin fərdi ixrac icazələri almaqda çətinliklərlə üzləşməsi ilə əlaqədardır.

Beləliklə, 28 fevraldan etibarən Rusiyaya humanitar xarakter daşıyan və hərbi məqsədlər üçün istifadə ehtimalı nisbətən az olan tibbi avadanlıq tədarük etmək mümkün olacaq.

Top
0.053275108337402