kriminal.az
İndoneziyada timsah 10 yaşlı uşağı suyun altına apardı: Tapılmır

İndoneziyanın Qərbi Kalimantan əyalətində uzunluğu dörd metr olan timsah 10 yaşlı oğlan uşağına hücum edib.

Kriminal.Az "CBS News"a istinadla xəbər verir ki, bədbəxt hadisə uşaq çaya tullananda baş verib.

Timsah suyun üzünə çıxaraq qurbanının cəsədini parçalayıb, sonra isə onu suyun altına aparıb.

Uşağın atası və xilasedicilər dərhal axtarışa başlayıblar, lakin cəhdləri heç bir nəticə verməyib.

Top
0.05128002166748