ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla Ukraynanın bərpasına yardım etmək barədə suala təəccüblənib.
Kriminal.Az bu barədə "C-SPAN"a istinadən xəbər verib.
"Düşünürəm ki, bu, bir az qəribə sualdır, çünki siz soruşdunuz ki, biz Birləşmiş Ştatlar adından Ukraynaya töhfə verəcəyikmi? Yəni, mənə elə gəlir ki, biz artıq oraya təxminən 350 milyard dollar yatırmışıq və bu, olduqca böyük bir töhfədir", - deyə ABŞ lideri bildirib.