kriminal.az
Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar

Avropa İttifaqı (Aİ) dövlətləri Ukraynanın təbii sərvərlərinin istifadəsini ABŞ ilə bərabər həyata keçirmək istəmir və bu məsələni Kiyevlə ayrıca müzakirə edəcək.

Kriminal.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurne "Le Figaro" nəşrinə açıqlamasında söyləyib.

O əlavə edib ki, Avropa ehtiyac duyduğu 30 əhəmiyyətli mineraldan 21-ni Ukrayna ilə qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində təmin edilə bilər.

Lakin Avropa Komissiyasının vitse-prezidenti Ukrayna ilə imzalanacaq potensial sazişin şərtlərini təqdim etməyib.

Top
0.04843807220459