Emmanuel Makronun Ağ Evə səfəri zamanı ABŞ Prezidenti Donald Tramp fransalı həmkarının şərəf və ləyaqətini alçaldıb.
Kriminal.Az xəbər verir ki, bu barədə İngiltərənin "Daily Express" nəşri yazıb.
Tramp Fransa liderindən oval masanın kənarında əyləşməyi xahiş etdiyi üçün onu alçaltmaqda günahlandırılıb.
Nəşr qeyd edib ki, Fransa prezidenti qonaqların masa arxasında yerləşdirilməsinə görə özünü narahat hiss edib.
Qeyd edək ki, daha əvvəl isə Tramp Ağ Evə avtomobillə gələn fransalı həmkarı Makronu qarşılamağa çıxmayıb.