kriminal.az
Slovakiyada hərbi obyektdə PARTLAYIŞ: Fövqəladə vəziyyət elan edildi

Slovakiyanın qərbində yerləşən Zaqorye hərbi-texniki sınaq institutunun ərazisində partlayış baş verib.

Kriminal.Az xəbər verir ki, bu barədə TASS məlumat verib.

Respublikanın xilasetmə xidmətinin nümayəndəsi Danku Tsapakova təcili yardım maşınları və tibbi xilasetmə helikopterinin sınaq institutuna göndərildiyini bildirib.

Polis Zaqoryedə fövqəladə vəziyyət faktını təsdiqləyib. Məlumata görə, azı iki nəfər xəsarət alıb.

Slovakiya baş nazirinin birinci müavini və müdafiə naziri Robert Kaliniak bildirib ki, insident institutun ərazisində təlim atışları zamanı baş verib.

"Fövqəladə vəziyyətə nəyin səbəb olduğunu hələ dəqiq söyləmək mümkün deyil", - deyə nazir bildirib.

Top
0.051305055618286