kriminal.az
Ukraynalı deputat Roman Kostenko:

Ukraynanın xalq deputatı və Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri komitəsinin katibi Roman Kostenko hesab edir ki, müharibə 2025-ci ildə bitməyəcək.

Kriminal.Az xəbər verir ki, o bunu "Novini.Live"in efirində deyib.

R.Kostenkonun sözlərinə görə, döyüş əməliyyatlarının dondurulması və ya müvəqqəti dayandırılması mümkündür:

"Belə bir fikirlər və ya proqnozlar var ki, müharibə dayana bilər və ya müəyyən atəşkəs ola bilər. Baş verənlərin fonunda bu mümkündür. Bəs bu müharibənin sonu olacaqmı? Olmayacağı dəqiqdir".

O əlavə edib: "İstənilən atəşkəs ola bilər, amma onun uzunmüddətli olmayacağı dəqiqdir. Biz başa düşməliyik ki, real zəmanətlər olmadan Rusiya heç vaxt dayanmayacaq, çünki qarşısında qoyduğu minimal məqsədlərə belə çatmayıb".

Top
0.049829006195068