Çərşənbə axşamı gecə Günəşdə bu ilin ən böyük plazma buludu yayılıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
"Bu gecə Günəşdə ilin ən güclü plazma emissiyası qeydə alınıb", - deyə məlumatda bildirilir.
Alimlərin fikrincə, emissiyanın mənbəyi ilkin olaraq iki gün əvvəl güclü partlayışın baş verdiyi aktiv bölgədir - bu halda partlayışın mənbəyi Günəşin əks tərəfində yerləşir və Yerə təsir edə bilməz.
"Günəşin Yerə baxan tərəfində yerləşən aktiv bölgələr daha 1.5 gün ərzində Yer üçün təhlükə zonasında qalacaq", - laboratoriyadan bildirilib.