kriminal.az
İngiltərə Premyer Liqası:

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Çelsi" öz evində turnir cədvəlinin sonuncusu olan "Sauthempton"u qəbul edib.

Kriminal.Az xəbər verir ki, qarşılaşma "zadəganlar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda ilk qol 24-cü dəqiqədə vurulub. Nkunku fərqlənib. Pedru Netu 36-cı, Kolvill 44-cü, Kukurelya isə 78-ci dəqiqədə londonlulara qələbə gətirən qolları vurublar.

Bu qələbə sayəsində "Çelsi" xallarını 46-ya çatdıraraq 4-cü pilləyə yüksəlib. "Sauthempton" isə 9 xalla sonuncu - 20-cı yerdə qalıb.

Top
0.048606872558594