İspaniya Kral Kubokunda ilk yarımfinal matçı baş tutub.
Kriminal.Az xəbər verir ki, Kataloniyada yerli "Barselona" ilə Madrid "Atletiko"su üz-üzə gəlib.
Qarşılaşmada 8 qol vurulub. Katalonların 4 qoluna paytaxt təmsilçisi də 4 dəqiq zərbə ilə cavab verib - 4:4.
Qeyd edək ki, cütlüyün cavab matçı aprelin 2-də keçiriləcək.
Digər finalçı isə "Real Madrid" və "Real Sosyedad" komandalarının mübarizəsi nəticəsində bəlli olacaq.