kriminal.az
Marsda okean və çimərliklərin mövcudluğuna dair sübutlar aşkarlandı

Çinin Marsdakı "Çjujun" kosmik aparatı Qırmızı planetdə okean və çimərliklərin mövcudluğuna dair sübutlar aşkar edib.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ-nin "PNAS" jurnalında dərc olunan elmi tədqiqat mətnindən məlum olur.

Bildirilir ki, orada Yer çimərliklərinə bənzəyən çöküntülü süxurların izləri aşkarlanıb.

"Marsda qədim çimərliklərə və qədim çay deltalarına bənzəyən yerlər tapdıq. Biz küləyin, dalğaların izlərini gördük. Ora istirahət üçün əsl çimərliklərlə bol olub", - deyə jurnalda qeyd olunub.

Qeyd edək ki, "Çjujun" 2021-ci ildə Utopia düzənliyinə eniş etmişdi. Aparat artıq 1.9 km məsafə qət edib.

Top
0.052283048629761