kriminal.az
Məşhur Topqapı Sarayında Ramazan ayı hazırlıqlarına start verilib

Türkiyənin dünyaca məşhur tarixi Topqapı Sarayında Ramazan ayı hazırlıqları başlayıb.

Kriminal.Az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Müqəddəs Əmanətlər İdarəsindən verilən məlumatda qeyd olunur ki, xüsusən Ramazan ayında ziyarətçilərin daha çox olduğunu nəzərə alaraq, Topqapı Sarayında təhlükəsizlik tədbirləri gücləndirilib, həmçinin nümayiş etdirilən tarixi eksponatlar xüsusi qayda ilə təmizlənməsi prosesinə başlanılıb.

Məlumat üçün qeyd edək ki, Topqapı Fatih Sultan Mehmetin hakimiyyəti illərindən başlayaraq Sultan Abdülməcidə qədər 400 il Osmanlı imperiyasının idarə, tədris və sənət mərkəzi olub. Türkiyə Cümhuriyyəti elan olunduqdan sonra, Mustafa Kamal Atatürkün əmri ilə 1924-cü il aprelin 3-dən etibarən muzey kimi fəaliyyətə başlayan bu tarixi məkan "Cümhuriyyətin ilk muzeyi" adını qazanıb. Topqapı eyni zamanda, dünyanın ən böyük saray-muzey kompleksidir.

Top
0.063034057617188