ABŞ-nin Çikaqo şəhərində "Southwest Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi biznes-jetlə toqquşma təhlükəsi ilə üzləşib.
Kriminal.Az bu barədə CNN telekanalına istinadla məlumat yayıb.
Bildirilir ki, təyyarənin enmə zolağında yavaşlaması zamanı qəfildən qarşısına özəl təyyarə çıxıb. Buna görə sərnişin reysinin ekipajı dərhal yavaşlamanı ləğv edib, uçuş üçün sürət yığıb və ikinci eniş cəhdi üçün havaya qalxıb. Bundan sonra uğurla eniş edib.
Xatırladaq ki, ABŞ və Kanadada ilin əvvəlindən bir neçə böyük avia hadisəsi baş verib. Yanvarın 29-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonda Ronald Reyqan adına hava limanının yaxınlığında ABŞ quru qoşunlarına məxsus "Black Hawk" helikopteri ilə , nəticədə təxminən 70 nəfər həlak olub. Yanvarın 31-də Pensilvaniya ştatının Filadelfiya şəhərində "Learjet 55" və 7 nəfər ölüb. Fevralın 7-də Alyaskada 10 nəfərin olduğu kiçik təyyarə qəzaya uğrayıb, hamısı həlak olub. Fevralın 17-də "Delta Airlines" şirkətinə məxsus "Bombardier" təyyarəsi Toronto hava limanında , qəzada ölən olmayıb.