Azərbaycan və İranın kənd təsərrüfatı nazirləri bir ay ərzində iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə müştərək komitənin yaradılması barədə razılığa gəliblər.
Kriminal.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
İranın kənd təsərrüfatı naziri Qulamrza Nuri Qızılca və azərbaycanlı həmkarı Məcnun Məmmədov arasında baş tutan telefon danışığında komitənin yaradılmasının iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişlənməsinə və aqrar məhsulların ticarətinin aparılmasına təkan verəcəyi bildirilib.