kriminal.az
Ermənistanda sabiq nazirin oğlu SAXLANILDI

İrəvanda polis əməkdaşları sabiq deputat, Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyanın oğlu David Manukyanı saxlayıblar.

Kriminal.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, iki avtomobildə (Rusiya dövlət nömrə nişanlı "Mercedes" və "Toyota") olan vətəndaşların üzərində silah olması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları sözügedən ünvana gedərək, həmin avtomobillərin sürücülərini və sərnişinləri saxlayıblar.

Yaşları 35-56 arasında olan yeddi nəfər polis şöbəsinə aparılıb. 36 yaşlı Denis Nequlyayevin üzərindən "İJ" markalı tapança və səkkiz patron, "ÇeZet" markalı tapançanın patron darağı, doqquz patron və qatlanan bıçaq aşkar edilib.

D.Nequlyayevin sözlərinə görə, bıçaq digər saxlanılan şəxsə - 40 yaşlı David Manukyana məxsusdur.

Qeyd edək ki, Andranik Manukyan vaxtilə Ermənistanın nəqliyyat və rabitə naziri vəzifəsində də çalışıb.

Top
0.051038980484009