kriminal.az
Mask supermilyarderlər reytinqində liderliyi ələ aldı

ABŞ-li sahibkar İlon Mask dünya üzrə 24 nəfərin daxil olduğu supermilyarderlər siyahısında liderliyi ələ alıb.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" nəşri "Altrata" analitik şirkətinin məlumatlarına istinadən məlumat verib.

"Altrata"nın araşdırmasının nəticələrinə görə, indi dünyada zəngin insanların yeni kateqoriyasının yaranmasından danışmaq olar ki, bunlar sərvətləri 50 milyard dolları keçən supermilyarderlərdir. Şirkət bu siyahıya 24 nəfərin adını daxil edib.

İlk beşlikdə aşağıdakı şəxslər qərarlaşıb:

1. "SpaceX", "Tesla" və "X" şirkətlərinin rəhbəri İlon Mask - 419,4 milyard dollar;

2. "Amazon"un qurucusu Ceff Bezos - 263,8 milyard dollar;

3. LVMH-nin sahibi Bernard Arno - 238,9 milyard dollar;

4. "Oracle"ın baş direktoru Larri Ellison - 237 milyard dollar;

5. "Meta" şirkətinin baş direktoru Mark Zukerberq - 220,8 milyard dollar.

24 supermilyarderin ümumi sərvəti təxminən 3,3 trilyon dollar təşkil edir ki, bu da Fransanın nominal ÜDM-i (Ümumi Daxili Məhsul) ilə müqayisə edilə bilər.

"Altrata" qeyd edir ki, 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində ən varlı insanlar sənayeçilər olduğu halda, müasir supermilyarderlərin əksəriyyəti sərvətlərini texnologiya sahəsində qazanıblar.

Top
0.052061080932617