Avropa Komissiyası Kiyevə nadir torpaq ehtiyatları ilə bağlı yeni saziş təklif etmir.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə fevralın 24-də Kiyevə səfərinin yekunlarını şərh edən Avropa Komissiyası rəhbərinin müavini Stefan Sejurne Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
"Bizim Ukrayna ilə artıq münaqişədən əvvəl bağlanmış müqaviləmiz var - bu, 2021-ci il üçün Anlaşma Memorandumudur. Heç bir yeni sənəd yoxdur ", - deyə Sejurne vurğulayıb.