"Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Vaşinqtona səfər edəcək".
Kriminal.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz kabinetinin ilk iclasında deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Ukraynanın faydalı qazıntıları üzrə razılaşma imzalanacaq:
"Prezident Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqlənib. Biz çox böyük saziş imzalamağa hazırlaşırıq".