kriminal.az
İspaniya Kuboku:

İspaniya Kral Kubokunda ikinci yarımfinal matçı baş tutub.

Kriminal.Az xəbər verir ki, "Real Madrid" səfərdə "Real Sosyedad"ın qonağı olub.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Endrik 19-cu dəqiqədə fərqlənərək "Kral klubu"na qələbə qazandırıb - 0:1.

Qeyd edək ki, cütlüyün cavab matçı aprelin 1-də keçiriləcək.

Xatırladaq ki, ilk yarımfinal görüşündə "Barselona" Madrid "Atletiko"su ilə 4:4 hesablı bərabərliyə razılaşıb.

Top
0.051530838012695