Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) nəşri "Böyük beşlik" liqalarında ən çox yetirməsi oynayan klubların siyahısını tərtib edib.
Kriminal.Az xəbər verir ki, 2005-25-ci illərlə bağlı aparılan araşdırmaların nəticələrinə görə, siyahıya "Real Madrid" başçılıq edir. "Barselona"nın ikinci olduğu cədvəldə PSJ növbəti pillədə qərarlaşıb.
Qeyd edək ki, futbolçu 15-21 yaş aralığında olduğu müddətdə ən azı üç il oynadığı ilk klubun yetirməsi sayılır.
1. "Real Madrid" - 166
2. "Barselona" - 156
3. PSJ - 111
4. "Lion" - 103
5. "Mançester Yunayted" - 103
6. "Renn" - 94
7. "Atalanta" - 94
8. "Sportinq" - 89
9. "Monako" - 88
10. "Valensiya" - 87
11."Tuluza" - 87