kriminal.az
Çindən yayılan yeni koronavirus insanlar üçün təhlükəlidir?

Çində yarasalarda aşkar edilən yeni koronavirus hələ insanlar üçün təhlükə yaratmır.

Kriminal.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Netyosov məlumat verib.

Onun sözlərinə görə, HKU5-CoV-2 hələ 2006-cı ildə Çində müəyyən edilmiş HKU5 virusunun bir hissəsidir.

"Onun növlərindən birində "S" zülalında COVID-19-a səbəb olan SARS-CoV-2 virusu kimi insan hüceyrə reseptorları üçün bir bağlayıcı yer var", - alim bildirib.

O, aydınlaşdırıb ki, virus hələ insanlarda xəstəlik törətməyib, ona görə də onun insanlar üçün təhlükəsi şübhə doğurur.

Top
0.051045894622803