"Milan"ın kapitanı Teo Ernandes komandanı tərk etmək üzrədir.
Kriminal.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, futbolçu klubla yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
O, yeni sözləşmədə əvvəlkindən daha yüksək maaş tələb edib. "Rossonerilər" isə bu məbləği ödəməyə hazır deyillər. Buna görə də "Milan" müdafiəçini yayda satışa çıxaracaq. Onun "Milan"la 2026-cı ilin iyununa qədər müqaviləsi var.
Fransa millisinin üzvünün qardaşı Lukas Ernandesin çıxış etdiyi PSJ-yə keçəcəyi iddia olunur.
Qeyd edək ki, "qırmızı-qaralar" Ernandesi 2019-cu ilin yayında "Real Madrid"dən transfer ediblər. O, bu mövsüm "qırmızı-qaralar"ın heyətində 35 matçda dörd qol vurub və beş məhsuldar ötürmə edib.