Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başlayıb.
Kriminal.Az-ın "Anadolu" Agentliyinə istinadla məlumatına görə, görüşdə iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası müzakirə edilir.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib.
Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı məsələləri müzakirə etməkdir. Bu danışıqlar Rusiya və ABŞ arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ər-Riyadda əldə edilən razılaşmaların mərhələli şəkildə həyata keçirildiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya-ABŞ danışıqlarının onlar üçün sürpriz olduğunu və bunu mətbuatdan öyrəndiklərini qeyd edib.