kriminal.az
Millimizin sabiq müdafiəçisi Rusiya klubundakı vəzifəsindən ayrıldı

Futbol üzrə Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayev Rusiyanın "Ximki" klubunun məşqçisi postundan gedib.

Kriminal.Az xəbər verir ki, Ağayev Rusiya İkinci Liqasının B divizionunda çıxış edən "Nart" klubunun (Çerkessk) məşqçilər korpusuna daxil olmaqla yanaşı, həm də yerli akademiyanın koordinatoru təyin olunub.

Qeyd edək ki, Emin Ağayev 2018/19 mövsümündə "Səbail" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərdikdən sonra "Ximki"yə qayıtmışdı.

Top
0.063849210739136