ABŞ ordusu 30 gün ərzində transgenderləri xidmətdən azad etməyə başlayacaq.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun xidməti qeydində bildirilir.
"Nazirlik yalnız iki cinsi tanıyır: kişi və qadın. İnsanın cinsi dəyişməzdir. Bütün hərbi qulluqçular yalnız cinsinə uyğun xidmət edəcəklər", - deyə sənəddə qeyd olunub.
Bildirilir ki, konkret şəxslər üçün istisna məsələsinə yalnız fərdi qaydada və müəyyən hallarda baxıla bilər.