kriminal.az

"Lion" PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın Fransa çempionatının 23-cü turunun oyununda iştirakına etiraz edib.

Kriminal.Az xəbər verir ki, şikayət məktubunda oyunçunun PSJ-yə keçidində qanunsuzluğa yol verildiyi, bunun isə reqlamentin müddəalarını pozduğu bildirilib.

Qeyd edək ki, parislilər "Lion"la həmin matçda 3:2 hesabı ilə qalib gəlib, gürcü futbolçu məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ klubu Kvaratsxeliyanı bu ilin yanvarında "Napoli"dən 70 milyon avroya transfer edib.

Top
0.052258014678955