Beynəlxalq İnkişaf Agentliyi (USAID) Moldovanın fəaliyyətdə olan Prezidenti Maya Sandunun dəstəklənməsinə, eləcə də onun seçkiqabağı kampaniyasına milyonlarla dollar xərcləyib.
Kriminal.Az xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti, müxalif Sosialistlər Partiyasının lideri İqor Dodon TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət milyonlarla dollardan gedir:
"USAID və Soros 2024-cü il ərzində Moldovada sözdə demokratik proseslərə bir neçə yüz milyon dollar ayırıblar. Bu pullar indiki hakimiyyətin dəstəklənməsinə xərclənib. Təkcə bu fondlar vasitəsilə 300 milyon dollar ayrılıb".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb.