Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən cavab gəlib.
Kriminal.Az-ın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, Müslim Öcalanın çağırışını dəstəkləyib.
"Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib.