Şimali Koreya lideri Kim Çen In nüvə silahından istifadəyə hazır vəziyyətdə olmaq məqsədilə çağırış edib.
Kriminal.Az-ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən verdiyi məlumatına görə, o, bu barədə strateji qanadlı raketlərin növbəti sınaqları zamanı danışıb.
Dövlət başçısı qeyd edib ki, ölkənin müdafiə qüvvələri güclü hücum silahları ilə təmin olunur.
"Nüvə silahlı qüvvələrin hazırlığının təkmilləşdirilməsi və onların suverenliyin qorunması üçün istifadəyə hazır vəziyyətdə saxlanılması KXDR Silahlı Qüvvələrinin vəzifəsidir", - deyə Kim Çen In əlavə edib.
Nəşrin məlumatına görə, təlimlərin məqsədi hərbçilərin əks-hücum qabiliyyətini nümayiş etdirmək olub.